HAVANIN TƏMİZLƏNMƏSİ

Havanın texniki vasitələrlə tozdan və digər zərərli qatışıqlardan təmizlənməsi. Yaşayış, ictimai və istehsalat binalarına daxil olan hava, ventilyasiya və kondisiyalaşdırma sistemləri (kondisionerlər) ilə təmzlənir. Atmosferin yerüstü qatlarında müxtəlif mənşəli tozların havada qatılığı bir gecə-gündüz ərzində sənaye şəhərlərinin yaşayış rayonlarında 0,5 mq/m³-ə, sənaye rayonlarında 1 mq/m³-ə, sənaye müəssisələri ərazisində 3 mq/m³-ə (və daha çox) çata bilər. Bəzi hallarda (məs. sement istehsalında, qara metallurgiyada) havada tozların miqdarı xeyli çox ola bilər. Atmosferə buraxılan havanı təmizləmək və zərərsizləşdirmək üçün müxtəlif hava süzgəcləri, toz və qaz tutucuları, toz çökdürən kamera, siklon və s. qurğular tətbiq edilir. H.t. ətraf mühitin mühafizəsinə yönəldilmiş mühüm tədbirlərdən biridir. H.t.-nə hidrometeorologiya və təbii mühitə nəzarət üzrə Dövlət komitəsi, habelə sanitar-epidemioloji idarə tərəfindən nəzarət edilir.
HAVANIN TEMPERATURU
HELİOTEXNİKA
OBASTAN VİKİ
Havanın kondisiyalaşdırılması
== Havanın kondisiyalaşdırılması == Bağlı yerlərdə (bina daxilində, otaqda), nəqliyyat vasitələrində və s.-dəki hava mühitinin parametrlərinin (havanın temperaturunun, nisbi nəmliyinin, tərkibinin və təzyiqinin) adamların səhhəti üçün, bəzi istehsalat prosesləri aparmaq, avadanlıq, məhsul saxlamaq və s. üçün ən əlverişli hədlərinin yaradılması və onların avtomatik olaraq saxlanılması. Havanın kondisiyalaşdırılması sistemlərindən yaşayış (cənub rayonlarında), ictimai, mülki, sənaye binalarında, təyyarə salonlarında, qatar, avtomobil və gəmilərdə, elmi tədqiqat institutlarında, arxiv, muzey, səhiyyə ocaqları, isti şitilliklər və s.-də istifadə edilir. Havanın kondisiyalaşdırılması sistemi, əsasən, havanı tozdan təmizləmə, qızdırma, soyutma, qurutma və nəmləşdirmə, habelə onun parametrlərini avtomatik tənzimləmə, idarə və nəzarət vasitələri ilə təchiz edilir. Havanın kondisiyalaşdırılması üçün kondisioner adlı aqreqatlardan istifadə olunur.
Havanın rütubətliyi
Havanın rütubəti havada olan su buxarının miqdarına deyilir. Su buxarı, əsasən atmosferin aşağı qatlarında cəmlənmişdir. Bütün qazlar kimi onun da təzyiqi var. Havada olan su buxarının limit qiyməti olaraq doymuş buxarın elastikliyi götürülür. Havanın temperaturu nə qədər çox olarsa, onun doymuş halda təzyiqi də bir o qədər çox olar. Məsələn, −20 °C temperaturda o, 1,0mm, +20 °C temperaturda isə 17,5mm təşkil edir. Havanın rütubətliyi mütləq və nisbi rütubət olaraq iki əsas göstərici ilə səciyyələnir. === Mütləq rütubət === Mütləq rütubət(a) – 1m³ havadakı su buxarının kiloqramla miqdarıdır. === Nisbi rütubət === Nisbi rütubət(f) – Su buxarının e elastikliyinin doymuş buxarın E elastikliyinə olan nisbətinin faizlə ifadəsidir: f = p / p 0 ∗ 100 % {\displaystyle f=p/p0*100\%} == Su buxarının elastikliyi == Su buxarının elastikliyi meteoroloji budkadakı quru və yaş termometrlərin göstəricilərinə əsasən Psixrometrik cədvəldən tapılır. Havanın rütubətinin növbəti xarakteristikaları vardır: Su buxarının elastikliyi(e) – verilən temperaturda havadakı su buxarının parsial təzyiqidir.
Havanın temperaturu
Havanın temperaturu - termometr vasitəsilə açıq havada müəyyən edilən temperatur. Havanın temperaturu adətən yer səthindən 2 m hündürlükdə meteoroloji budkada qoyulmuş quru psixrometrik termometr ilə ölçülür. Havanın temperaturu avtomatik olaraq termoqraf vasitəsilə qeyd olunur. Müəyyən vaxt daxilində ən soyuq və ən isti temperaturu bilmək üçün minimal və maksimal termometrlərdən istifadə edilir. Atmosferin yüksək təbəqələrində Havanın temperaturu şarzond, təyyarə və s.
Atmosferin təmizlənməsi
Qaztəmizləyən və toztutan qurğular - texnoloji və sanitar qurğulara bölünür. Texnoloji təmizləyici qurğular texnoloji prosesə qoşularaq tikinti və cihazlardır . Sanitar təmizləyici qurğular isə zərərli texnoloji və ventilyaşiya tullantılarının qarşısım alan tikinti qurğu və cihazlardır. == Qazların texnoloji təmizlənməsi metodu == Qazlann texnolorji təmizlənməsi metodları onların maye və ya bətkuducularla qarşılıqlı əlaqə proseslərinə , həmçinin zəhərli qalıqlann yüksək temperatur şəraitində və ya katalizatorların təsirilə toksik olmayan birləşmələrə çevirən kimyəvi proseslərə əsaslanır. Azot oksidlərinin bərpası katalitik metodu azot turşusu alman bir neçə sistemdə istifadə olunur. Bu zaman palladili alyuminium oksidi əsasında katalizatorlardan istifadə edilir. Sənaye tullantılarının kükürd anhidridindən təmizləmə metodlanndan aşağıdakıları göstərmək olar. == Amonyak metodu == Amonyak metodu - bu metodla qazları SO2 - dən təmizlə¬məklə amonium - sulfid və amonium — bisulfat alınır. Bunlardan da satış məhsulu kimi istifadə olunur, yaxud turşu ilə parçalanaraq yüksək konsentrasiyalı SO2- və münasib duzlar əmələ gəlir. == Kükürd anhidridini neytrallaşdırma metodu == Kükürd anhidridini neytrallaşdırma metodu - ilə eyni vaxtda sulfid və sulfatlar alınaraq qazlardan yüksək təmizlənmə dərəcəsini təmin edir.
Suyun təmizlənməsi
Suyun təmizlənməsi — su olduqca qiymətli sərvətdir. Təbii su təchizatı mənbələrindən su kəmərinə verilən suyun keyfiyyətini müəyyən edilmiş norma göstəricilərinə çatdırmaq məqsədilə aparılan texnoloji proseslər kompleksi suyun təmizlənməsi adlanır. == Su ehtiyatlarının özünün təmizləməsi == Su ehtiyatlarının özünün təmizlənməsi təbiət hadisələrindən biridir. Özünü təmizləmə bir çox faktorlardan (fiziki, kimyəvi və bioloji) asılıdır. Fiziki faktorlardan günəş enerjisini göstərmək olar. Günəş ultrabənövşəyi şüalarının təsiri nəticəsində zərərli mikroblar, bakteriyalar, virusların hissəciklərini məhv edir. Su ehtiyatlarına daxil olan çikləndirici maddələrin qarışdırılması, əridilməsi suyun özünü təmizləməsinin əsas fiziki faktorlarından biridir. Suyun özünü təmizləməsinin kimyəvi faktorlarına üzvi və qeyri-üzvi maddələrin oksidləşməsini göstərmək olar. Su ehtiyatların özünü təmizləməsində heyvan və bitki aləminin də rolu böyükdür. Suda yaşayan heyvanları su ehtiyatlarının sanitarı adlandırırlar və onlar suları özlərindən keçirərək təmizləyirlər.
Havanın mütləq rütubətliyi
İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması
İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması (İVHK) dedikdə, qapalı məkanda havanın temperaturu, rütubəti və təmizliyinə nəzarət etmək üçün müxtəlif texnologiyaların istifadəsi mənasını daşıyır. İVHK-nın əsas məqsədi, daxili mühitdə komfort və normalar üzeə qəbuledilən daxili hava keyfiyyətini təmin etməkdir. İVHK sisteminin layihələndirilməsi isə, termodinamika, mayelər mexanikası və istilik ötürülməsi prinsiplərinə əsaslanan mexanika mühəndisliyinin alt sahəsi hesab olunur. İVHK sistemləri, çoxmənzilli binalar, otellər və yaşayış kompleksləri kimi inşaat strukturlarının mühüm hissəsi hesab olunur; buraya göydələnlər və xəstəxanalar kimi orta və böyük sənaye və ofis binaları; avtomobillər, qatarlar, təyyarələr, gəmilər və sualtı qayıqlar kimi nəqliyyat vasitələrini də əlavə etmək mümkündür. Havalandırma və ya ventilyasiya (İVHK-də "V") dedikdə, yüksək daxili hava keyfiyyətini təmin etmək üçün hər hansı bir məkanda havanın dəyişdirilməsi prosesi nəzərdə tutulur. Bu prosesə, temperaturun idarə edilməsi, oksigenin içəriyə vurulması və nəm, qoxular, tüstü, istilik, toz, bakteriyalar, karbon qazı və digər qazlar və havanın daxili mühitdən çıxarılması daxildir. İçərinin havalandırılması, havadakı xoşagəlməz qoxuları və həddindən artıq nəmi aradan qaldırır, xarici havanı zonaya daxil edir, daxili bina havasını dövr etdirir və daxili zonada havanın durğunluğunun qarşısını alır. Binanın havalandırılması üsulları mexaniki/məcburi və təbii növlərə bölünür. == Ümumi baxış == İstilik, ventilyasiya və havanın kondisiyalaşdırılmasının üç əsas funksiyası bir-biri ilə əlaqəlidir və bunun əsas səbəbi, otağın daxilində məqbul quraşdırma, istismar və texniki xidmət xərcləri daxilində rahatlıq və məqbul daxili hava keyfiyyətini təmin etməkdir. İVHK sistemləri həm məişət, həm də kommersiya mühitində istifadə edilə bilər.
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və ya qısaca ANAMA (ing. Azerbaijan National Agency for Mine Action) — Azərbaycan Respublikası Müharibədən Təsirlənən Bölgələrin Yenidən Qurulması və Bərpası üzrə Dövlət Komissiyası nəzdində fəaliyyət göstərən mina təmizləmə agentliyi və icra orqanı. Agentlik Azərbaycan ərazisindəki minaları zərərsizləşdirmək üçün Azərbaycan Minalardan Təmizləmə Proqramına uyğun bütün lazımi prosedurların həyata keçirilməsinə cavabdehdir. Agentliyin donorları Azərbaycan hökuməti (2,400,000 $) və BMT-nin İnkişaf proqramıdır (160,000 $). == Tarixi == Azərbaycan Prezidentinin 15 yanvar 2021-ci il tarixli fərmanına əsasən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılıb. == Fəaliyyəti == ANAMA öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası vətəndaşlarının minalardan və partlayıcı qurğulardan əziyyət çəkmədikləri bir mühit yaratmağa çalışır. Bu məqsədə çatmaq üçün agentlik minalardan təmizləmə qabiliyyətini artırmağa çalışır. Buna görə də, Azərbaycanda mina əleyhinə fəaliyyətlə əlaqəli tədqiqat-inkişaf prosesini təşviq etmək üçün İnformasiya Texnologiyaları potensialını artırır. Əlavə olaraq, baş ofis, partlayışlar nəticəsində meydana gələn ölümlə nəticələnən qəza və xəsarətlərin sayını azaltmaq, infrastrukturu bərpa etmək və yenidən qurmaq və qida təhlükəsizliyini təmin etmək üçün müəyyən siyasətləri davam etdirir. Bu tədbirlər nəticəsində məcburi köçkünlərin yenidən vətənlərinə qayıda biləcəyi gözlənilir.
Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (Azərbaycan)
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və ya qısaca ANAMA (ing. Azerbaijan National Agency for Mine Action) — Azərbaycan Respublikası Müharibədən Təsirlənən Bölgələrin Yenidən Qurulması və Bərpası üzrə Dövlət Komissiyası nəzdində fəaliyyət göstərən mina təmizləmə agentliyi və icra orqanı. Agentlik Azərbaycan ərazisindəki minaları zərərsizləşdirmək üçün Azərbaycan Minalardan Təmizləmə Proqramına uyğun bütün lazımi prosedurların həyata keçirilməsinə cavabdehdir. Agentliyin donorları Azərbaycan hökuməti (2,400,000 $) və BMT-nin İnkişaf proqramıdır (160,000 $). == Tarixi == Azərbaycan Prezidentinin 15 yanvar 2021-ci il tarixli fərmanına əsasən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılıb. == Fəaliyyəti == ANAMA öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası vətəndaşlarının minalardan və partlayıcı qurğulardan əziyyət çəkmədikləri bir mühit yaratmağa çalışır. Bu məqsədə çatmaq üçün agentlik minalardan təmizləmə qabiliyyətini artırmağa çalışır. Buna görə də, Azərbaycanda mina əleyhinə fəaliyyətlə əlaqəli tədqiqat-inkişaf prosesini təşviq etmək üçün İnformasiya Texnologiyaları potensialını artırır. Əlavə olaraq, baş ofis, partlayışlar nəticəsində meydana gələn ölümlə nəticələnən qəza və xəsarətlərin sayını azaltmaq, infrastrukturu bərpa etmək və yenidən qurmaq və qida təhlükəsizliyini təmin etmək üçün müəyyən siyasətləri davam etdirir. Bu tədbirlər nəticəsində məcburi köçkünlərin yenidən vətənlərinə qayıda biləcəyi gözlənilir.